İsrail Prezidenti: "Livanda, Suriyadakı kimi inşallah, Qəzzada da tarixi dəyişikliyi görəcəyik"

2025/01/1737004103.jpg
Oxunub: 498     20:28     21 Yanvar 2025    
Biz Livanda, Suriyada tarixi dəyişiklik görürük, inşallah, Qəzza zolağında tarixi dəyişiklik görəcəyik, bu, böyük səy tələb edəcək.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Davos İqtisadi Forumunda bildirib.

İsrail Prezidenti deyib ki, Qəzzadakı razılaşmadan da danışdı:

“Bu razılaşmaya nail olmaq çox çətin, çox ağrılı idi. Mən bu gün Qətərin Baş naziri Şeyx Məhəmməd Əl Tani ilə görüşdüm, ona inanılmaz səylərinə, eləcə də bütün digər vasitəçilərə, Misirə və əlbəttə ki, ABŞ-yə, gedən Administrasiyaya və gələn Administrasiyaya təşəkkür etmək istəyirəm. Hələ də Qəzzada çox girovumuz var. Dua edirik ki, digər girovlar razılaşmaya uyğun olaraq, mümkün qədər tez geri dönsünlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   Suriya   Qəzza  


Bizi "telegram"da izləyin