Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, liderlər ənənəvi olaraq ilin əvvəlində ya telefon danışığı, ya da videobağlantı vasitəsilə fikir mübadiləsi aparırlar. Yanvarın 21-də danışıqların aparılması barədə razılıq dekabrda əldə olunmuşdu.
"Biz həmin vaxt bu tarixi Vaşinqtondakı andiçmə mərasimi ilə müqayisə etməyə belə çalışmamışdıq", - prezidentin köməkçisi əlavə edib.
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığının təşkili məsələsinə toxunan Uşakov deyib ki, Vaşinqton hələ bununla bağlı konkret təkliflərlə çıxış etməyib.
Ordu.az