Ukrayna bu il Aİ-dən 30,6 milyard avro almağa ümid edir

2025/01/1737465536.jpg
Oxunub: 424     17:08     21 Yanvar 2025    
Ukrayna bu il Avropa İttifaqından (Aİ) 30,6 milyard avro büdcə dəstəyi cəlb etməyi planlaşdırır.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

"2022-ci ilin fevralından etibarən Aİ birbaşa büdcə yardımının ən böyük donorudur. Bu dövr ərzində büdcənin prioritet xərclərinin maliyyələşdirilməsi üçün təşkilata üzv ölkələrdən 45 milyard avro cəlb edilib. 2024-cü ildə Aİ-nin büdcə yardımı bütün xarici daxilolmaların 40 %-dən çoxunu - 16,1 milyard avro təşkil edib. Bu yardıma qrant şəklində 3 milyard avro daxildir. Qalan məbləğ güzəştli kreditlərdən ibarətdir", - məlumada qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin