“Shield AI” Ukraynada V-BAT PUA-ları üçün ofis açıb

2025/01/1737439961.jpg
Oxunub: 379     14:20     24 Yanvar 2025    
ABŞ-nin Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı “Shield AI” Ukraynanın MQ-35A V-BAT PUA-larına tam dəstək vermək üçün Kiyevdə ofis açdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət bu addımla Ukraynada mühəndislər, missiya əməliyyatları personalı və texniki ekspertlərdən ibarət komanda yaratdığını bildirib.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin İnsansız Sistemlər Birlikləri üçün V-BAT PUA-larının istifadəsi üzrə təlimlərə başlanıldığı açıqlanıb.

Yanvarın 12-də bildirilib ki, “Shield AI”nin yeni MQ-35A V-BAT PUA-ları Ukrayna ordusuna təhvil verilib.

İlk avtonom kəşfiyyat missiyasını uğurla yerinə yetirən V-BAT çətin şəraitdə radioelektron mübarizə mühitinə müqavimət göstərərək diqqəti cəlb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Shield-AI   Ukrayna  


Bizi "telegram"da izləyin