Ordu.az xəbər verir ki, 2030-cu illərdə istifadəyə veriləcək “Hangor” sinfinə məxsus sualtı qayıqlar Pakistanın sualtı qayıq parkını gücləndirəcək.
Pakistan HDQ son illərdə AIP texnologiyasını mənimsəmək məsələsində Hindistanı geridə qoyub.
Bildirilir ki, Çin istehsalı olan “Hangor” sinfinə məxsus sualtı qayıqların Pakistan HDQ-yə daxil edilməsi onun bu sahədə liderliyini möhkəmləndirəcək.
Hindistan P-75 “Scorpene” layihəsi çərçivəsində altıncı və sonuncu sualtı qayığını parkına qatsa da, texnologiya baxımından Pakistandan geri qalır.
Həmçinin Hindistan HDQ-nin müasir texnologiya ilə təchiz edilmiş heç bir sualtı qayığı yoxdur. Halbuki Pakistan artıq öz HDQ-sinə Fransa istehsalı olan 3 ədəd “Agosta-90B” sinfinə məxsus sualtı qayığı (PNS “Khalid”, “Saad” və “Hamza”) daxil edib.
Sevinc Əliyeva
Ordu.az