Ordu.az xəbər verir ki, ASELSAN radar texnologiyaları sahəsində güclü istehsal gücünü daha da artırmaq üçün investisiyalarını davam etdirir.
Bu kontekstdə ASELSAN son illərdə AESA əsaslı radar texnologiyalarında əhəmiyyətli irəliləyişlər əldə edib və dünyanın aparıcı radar dizayn, istehsal mərkəzlərindən birinə çevrilib.
Bu baxımdan ASELSAN xüsusilə beynəlxalq sifarişlərdə ciddi təcil qazanıb.
Tələbatın bu artımını qarşılamaq üçün ASELSAN 50 milyon ABŞ dolları sərmayə ilə həyata keçirdiyi Radar İnteqrasiya Mərkəzini bu ilin əvvəlində istifadəyə verib. Sözügedən obyektlə ASELSAN tutum və səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına nail olub.
Bundan əlavə, gələcək artım hədəflərinə uyğun olaraq mövcud radar istehsal gücünü üç dəfə artıracaq yeni obyektin inşasına başlanılıb. 73 min kvadrat metr qapalı sahəyə sahib olacaq bu obyektin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
ASELSAN-ın obyekt investisiyaları bununla məhdudlaşmır. ASELSAN-ın sürət qazandığı digər sahə olan elektro-optik sistemlərə də investisiyalar artırılır. Bu çərçivədə bir müddət əvvəl ASELSAN-ın 40 milyon ABŞ dolları sərmayə ilə FLIR istehsal müəssisəsini istifadəyə verdiyi açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az