Ordu.az xəbər verir ki, bu helikopterlər 2021-ci ildə sifariş verilən 8 təyyarədən birincisidir.
Fransa Aerokosmik Qüvvələri tərəfindən idarə olunacaq bu helikopterlər hazırda xaricdə (Fransa Qvianası, Cibuti və Yeni Kaledoniya) xidmətdə olan “Puma” helikopterlərini əvəz edəcək.
Bu çərçivədə helikopter Fransa Aerokosmik Qüvvələrinin quru aviasiyası parkının uyğunlaşdırılmasına töhfə verəcək.
Bundan əlavə, helikopterlərdən əməliyyat, axtarış-xilasetmə və yardım missiyaları üçün istifadə olunacaq.
Bu kontekstdə təhvil verilən H225M “Caracal” helikopterləri Fransanın 2021-ci ildə sifariş etdiyi 8 ədəd helikopterin birinci partiya tədarükü kimi həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az