Fidan Putinlə görüşdə Türkiyə-Rusiya münasibətlərinin müstəsna yaxşı səviyyədə olduğunu bildirib - YENİLƏNİB

2024/06/1718168649.jpg
Oxunub: 396     23:25     11 İyun 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə “iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu” söyləyib.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli nazir BRICS+ iclasına qatılmaq, habelə ikitərəfli görüşlərdə iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə, Türkiyənin XİN başçısı Rusiya Prezidenti ilə görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıraraq iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:

“İki ölkə arasındakı münasibətlər həqiqətən də fövqəladə yaxşı səviyyədədir. Ticarət mövzusunda lazımlı addımlar atılmalıdır”.

Eyni zamanda, türkiyəli diplomat Ukrayna-Rusiya müharibəsi kontekstində ölkəsinin vasitəçilik fəaliyyətindən əsirgəməyəcəyini qeyd edib.

“Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq”, – Fidan deyib. Eyni zamanda, Suriya məsələsinə də toxunan diplomat sabitliyin qorunmasında Ankaranın “əlindən gələni etdiyinə” diqqət çəkib.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

“Nazirimiz Hakan Fidan Rusiya Federasiyası dövlət başçısı Vladimir Putin tərəfindən Kremldə qəbul edilib”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Fidan   Putin  


Bizi "telegram"da izləyin