Ordu.az xəbər verir ki, Sahibə Qafarova bununla bağlı Belarusa səfəri zamanı keçirdiyi görüşlərdə müzakirə aparıb.
Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlər arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.
Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini qeyd edib.
Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.
Ordu.az