Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - FOTOLAR

2024/06/4d15f-1718087735.jpg
Oxunub: 263     10:31     11 İyun 2024    
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə yarışlar keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yarışlarda ümumilikdə 8 komanda olmaqla, 47 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.

Yekun nəticələrə əsasən qaliblər mükafatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Təlim  


Bizi "telegram"da izləyin