Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi vəzifəsini icra edən Valeri Semerikov bildirib.
O, Nazirlər Şurasının iclasında Qarabağ münaqişəsi ilə bağlı məsələnin qaldırılmadığını xatırlamadığını qeyd edib.
"KTMT ölkələrinin Xarici İşlər nazirləri Şurasının elə bir iclası yoxdur ki, orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməsin. Biz Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif səviyyələrdə bir neçə bəyanat qəbul etmişik. Əlaqədar bəyanatlar fərqli vəziyyətlərdən asılı olaraq hər il qəbul olunur", - deyə Semerikov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az