Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.
Nəşrə görə, Hakobyan Paşinyanın yanında olduqca rahat və yumşaq şəkildə özünə yer tutub.
“Deyirlər, vaxtında Ermənistanın Müdafiə naziri olmuş Seyran Ohanyana qarşı “müqəddəs müharibə”yə başlamış, sistemdən sızmaları təmin edən, keçmiş Qərargah rəisi Movses Hakobyan yeni hökumətin, xüsusilə də Nikol Paşinyanın yanında olduqca rahat və yumşaq şəkildə özünə yer tutub.
Bizdə olan mənbələrə görə, Hakobyanın “intensiv” fəaliyyətləri davam edir və o, Qarabağda “sui-qəsd nəzəriyyəsi”, Qarabağ generallarına qarşı mübarizə və demarş əsaslarının arxasında dayanıb. Qarabağda müntəzəm şəkildə fəaliyyət göstərən Movses özü ilə Ermənistana məlumatlar gətirir və həmin məlumatları Paşinyana ötürür”, - deyə erməni nəşri Hakobyanı tənqid atəşinə tutub.
Nəşr qeyd edir ki, Hakobyanın ordunun maddi təminatı ilə bağlı hədsiz dərəcədə ciddi problemləri olub.
“Burada söhbət qanun pozuntularından və məsuliyyətə cəlb olunmaqdan gedir. Buna görə də, sonuncunun adı heç bir şəkildə “1 Mart” hadisələrində çəkilmir. Hakobyan həmin günlərdə Qarabağın (qondarma qurum-red.) “müdafiə naziri” idi. Onun müavini Samvel Karapetyan isə həmin vaxt istintaq orqanına belə demişdi: “Nəyə görə mənə çağırış edirsiniz? Əsl cavabdeh mən deyiləm””, - deyə “İrates” xatırladıb.
“Mənim addımım” fraksiyasından olan mənbələr nəşrə daha bir maraqlı məlumat açıqlayıb: “Unutmayın ki, Hakobyana qarşı həmin xüsusi münasibəti son zamanlar bizim komandadan olan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan formalaşdırır. O, Hakobyanın bacısı oğludur”.
Alpər Mövludoğlu
Ordu.az