“Keçirilən görüş Qarabağdakı gərginliyi hər hansı şəkildə azaltmağa kömək etməyib” - Lukyanov

2018/02/Fyodor_Lukyanov345345_1518523760.jpeg
Oxunub: 691     12:42     24 İyun 2019    
“Məlumdur ki, Qarabağ münaqişəsi öz xüsusi dinamikası olan münaqişədir. Lakin bu münaqişənin digər beynəlxalq inkişaf proseslərindən, xüsusi ilə tərəflər arasında gözlənilən səmərəli və konstruktiv danışıqlar olmadığı hallardan təsirləndiyi məqamlar az olmayıb”.

Ordu.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov Vaşinqtonda baş tutan nazirlərin görüşünün nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, həmsədrlərin yaydığı bəyanat ATƏT-in Minsk qrupunun fəaliyyəti mühitinə tam cavab verir.

“Bu bəyanat yaranmış gərgin vəziyyətdə tam neytral olaraq, nazirlərin görüşündə hər hansı irəliləyişin əldə edilməsini əks etdirmirdi. Bir sözlə, baş verənlərlə görüş ahəngi üst-üstə düşmürdü. Bu görüşdə yenilik, mövqelərdə mühəndis işlərinin aparılmasına toxunulması olub.

Görülən mühəndis işləri nizamlanmamış münaqişə halında davamlı iş prosesidir. Həmsədrlərin gələcəkdə gərginliklərdən yayınma ümidi ilə birbaşa əlaqədardır. Vaşinqtonda baş tutan görüşdə daha sistematik müzakirələr aparılmayıb.

Hətta tərəflərin Moskvada nazirlərin görüşündə əldə edilən humanitar sahədə razılaşmalardan bir balaca uzaqlaşdıqlarını da demək olar”, - deyə Lukyanov bildirib.

O qeyd edib ki, bölgədə vəziyyətin saatlar ərzində dramatik şəkildə dəyişə biləcəyi bir məqamda nazirlər davamlı olaraq danışıqlar aparmalıdır: “Bu görüş yaranmış gərginliyi hər hansı şəkildə azaltmağa kömək etməyib. Lakin bölgədə vəziyyətin saatlar ərzində dramatik şəkildə dəyişə biləcəyi bir məqamda nazirlərin və rəhbərlərin danışıqlar aparmasının davam etdirilməsi çox əhəmiyyətlidir.

Söhbət bölgənin qonşuluğunda ABŞ-İran münasibətləri, Gürcüstanda proseslərin inkişafı və gürcü-rus münasibətlərindəki gərginlikdən gedir. Bu, bölgədə zəncirvari bir-biri ilə bağlı olan hadisələrdir və biri digərinə təsir edə bilər.

Məlumdur ki, Qarabağ münaqişəsi öz xüsusi dinamikası olan münaqişədir. Lakin bu münaqişənin digər beynəlxalq inkişaf proseslərindən, xüsusi ilə tərəflər arasında gözlənilən səmərəli və konstruktiv danışıqlar olmadığı hallardan təsirləndiyi məqamlar az olmayıb. Bu günlərdə ölkələrin təhlükəsizliyi və diplomatiyası bölgədə və Qarabağ münaqişəsi zonasında olan təhlükələri dərk edərək, daha ağır şəkildə işləməlidir”.

Xatırladaq ki, bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistan XİN Zöhrab Mnatsakanyan arasında baş tutan görüşün nəticələri haqqında bəyanat yayıblar.

Görüş iştirakçıları Qarabağ münaqişəsinin nizamlanması məsələsində son inkişaf proseslərini və əsas məsələləri müzakirə ediblər. XİN rəhbərləri həmsədrlərin bölgəyə son səfəri zamanı təklif olunan humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı mövqelərini və gözləntilərini təqdim ediblər.

Son zamanlar baş verən itkiləri təssüf hissi ilə qeyd edən həmsədrlər qısa vaxtda sülhə və danışıqlara xidmət edən mühitin bərpası istiqamətində tərəfləri təcili tədbirlər görməyə çağırıblar. Onlar tərəfləri atəşkəsin ciddi qorunmasına və hər hansı təxribatçı fəaliyyətin törədilməsindən, o cümlədən snayperlərin tətbiqindən və mühəndis işlərinin aparılmasından çəkinməyə dair öz tapşırıqlarını yenidən təsdiqləməyə dair çağırış ediblər.

Bəyanata əsasən həmsədrlər və Xarici İşlər nazirləri gərginliyin azaldılması və çevik reaksiya verilməsi məqsədilə mövcud, birbaşa əlaqə vasitəsindən tam faydalanmağın əhəmiyyəti ətrafında razılığa gəliblər. Xarici İşlər nazirləri həmsədrlərin himayəsi altında tezliklə yenidən görüşməyə dair razılıq əldə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lukyanov   XİN   Qarabağ   Vaşinqton  

“Keçirilən görüş Qarabağdakı gərginliyi hər hansı şəkildə azaltmağa kömək etməyib” - Lukyanov

2018/02/Fyodor_Lukyanov345345_1518523760.jpeg
Oxunub: 692     12:42     24 İyun 2019    