Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Arman Melikyan ötən gün ABŞ-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında baş tutan görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda bəzi ərazilərinin Azərbaycana qaytarılması proqramının texniki detallarının mövzusu həqiqətən ciddi müzakirə predmetinə çevrilir.
“Qorxuram ki, tədricən bəzi ərazilərin Azərbaycana qaytarılması proqramının texniki detallarının mövzusu həqiqətən ciddi müzakirə predmetinə çevrilir. Hətta hələki bu məsələ ilə bağlı dəqiq bir məlumat olmasa belə, bu bizi istənilən halda məsul şəxslərimiz tərəfindən irəli sürülən şərtlərin səsləndirilən prioritetlər sırasından təmamilə kənar qalması reallığına diqqət ayırmağa vadar edir”, - deyə Melikyan bildirib.
Sevinc Əliyeva
Ordu.az