Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Voskanapat” analitik mərkəzinin rəhbəri Hrant Melik -Şahnazaryan “Adekvat” ictimai təşkilatının təşəbbüs göstərdiyi “Adekvat diskussiya” konfransında deyib.

O qeyd edib ki, hazırda cəbhədə təhlükəsizlik tədbirlərinin artırılması və atəşkəs pozuntularının sayının azalması barədə çox danışılır.
“Lakin aydındır ki, keçən ilin sentyabr ayından başlayaraq, indiyədək zənn edilən sakitlik görünüşü rəqib gələcəkdə daha əlverişli mövqelərdən hücum həyata keçirilməsi üçün istifadə edir.
Bu bir neçə aylıq, nisbi qeyri-müəyyən sakitliyin əvəzini ön xəttdə erməni tərəfi itkilərlə ödəyir. Bütün məsələ ondan ibarətdir ki, hakimiyyətə və Paşinyana indiki məqamda yalnız nəticələri göstərmək lazım idi. İstənilən halda müharibə olacaq.
Dövlət rəhbərinin müharibəni susduran mexanizmləri dağıtdığı bir vaxtda müharibə olmaya bilməz”, - deyə Melik-Şahnazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az