Fransa məhkəməsi qondarma qurumla imzalanmış daha 4 “dostluq xartiyası”nı ləğv edib

2019/06/15603-1560344538.jpg
Oxunub: 598     17:01     12 İyun 2019    
Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub.

Ordu.az xəbər verir ki, bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb.

Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Qarabağ  

Fransa məhkəməsi qondarma qurumla imzalanmış daha 4 “dostluq xartiyası”nı ləğv edib

2019/06/15603-1560344538.jpg
Oxunub: 601     17:01     12 İyun 2019    