“İrates”: Köçəryan və Sarkisyan Balasanyanı dəstəkləyirlər

2019/06/00-42-1560242887.jpg
Oxunub: 752     12:37     11 İyun 2019    
“Qondarma qurumun “rəhbərliyi” mümkün qədər sakit şəkildə hakimiyyət dəyişikliyini həyata keçirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.

Nəşrə görə, müharibə vəziyyətində olan dövlətin vəziyyətini nəzərə alsaq, bu, məntiqi və zəruridir.

“Lakin bununla belə, bəzi qüvvələr bütün bunları qızışdırmağa və intriqalar yaratmağa çalışırlar. Qarabağdakı mənbələrimizin verdiyi məlumata görə, hazırkı vəziyyətdə prezidentliyə namizədlər içərisində təhlükəsizlik şurasının rəhbəri Vitali Balasanyan favoritdir və qarabağlılar ona xüsusi rəğbət bəsləyirlər.

Əgər, hakimiyyətin (qondarma qurum-red.) bəzi nümayəndələri gecə-gündüz “inqilabçıların” siyasətini tərifləyən Ara Harutyunyanı üstün tutursa, o zaman bu məsələdə digərlərinin ciddi ziddiyətləri var.

Bizdə olan məlumata görə, Köçəryan öz şəxsi komandası ilə, Sarkisyan isə “Respublikaçılar” partiyası ilə Balasanyana öz dəstəyini ifadə edib. Paşinyanın Balasanyana qarşı sərt münasibət göstərməsinin səbəbi də məhz budur”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Sarkisyan   Balasanyan  

“İrates”: Köçəryan və Sarkisyan Balasanyanı dəstəkləyirlər

2019/06/00-42-1560242887.jpg
Oxunub: 753     12:37     11 İyun 2019    