“Tərəflər Qarabağ münaqişəsinin nizamlanmasında blef edir” - Tarasov

2019/04/maxre-1554105156.jpg
Oxunub: 24896     11:31     03 İyun 2019    
“Danışıqlar prosesinin detallarından xəbərdar olmadan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə niyə görüşürdü?”.

Ordu.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Stanislav Tarasov Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistan Baş naziri Nikol Paşinyana danışıqlar prosesinin detalları ilə tanış olmaq üçün verilən müddətin tükəndiyi barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan şəxsi rəyini çıxarmaq, mövqeyini müəyyənləşdirmək üçün bu sənədlərlə tanış olub.

“Lakin bu halda Paşinyan hakimiyyəti Azərbaycan tərəfi ilə niyə görüş keçirirdi? Onlar görüşüb, bəyanatlar verib və biz bu bəyanatları şərh etmişik. Bəs o zaman danışıqlar prosesinin detalları ilə tanış olmadan, niyə görüşürdü?”, - deyə Tarasov bildirib.

O qeyd edib ki, hamının bəyanatlarında “qırmızı xətt” kimi, görüşlər zamanı məsləhətləşmələrin həyata keçirildiyi və bunların hələki danışıqlar demək olmadığı fikri səsləndirilirdi.

“İnformasiya axını altında ictimaiyyətdən adı dialoq olmayan bir şey gizlədilir. Tərəflər blef edir. Bu mənim fikrimdir”, - deyə Tarasov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Tarasov   İşğal  


Bizi "telegram"da izləyin