Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvanda korrupsiya əleyhinə siyasətlə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Gürcüstan, Ukrayna və Böyük Britaniyadan, həmçinin erməni parlamentindən qonaqlar iştirak edib.
Tədbirin özəl dəvətlilərindən biri də Ukrayna radasının deputatı Mustafa Nayem olub. Onun mayın 1-də üçüncü ölkənin tələbi ilə Ermənistana daxil olmasına icazə verilmədiyi bildirilib. Ukrayna səfirliyinin müdaxiləsindən sonra deputatın yalnız bir dəfə Ermənistana daxil olmasına icazə verilib.
“Məlumdur ki, üçüncü ölkə deyilən tərəf, Rusiyadır. Məsələ bundadır ki, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev 2008-ci il noyabrın 1-də “Ukraynanın anti-rus sanksiyalarına cavab tədbirlər haqqında” əmr imzalayıb. Bu əmr 68 hüquqi və 322 fiziki şəxsə, o cümlədən Ali Radanın deputatı Mustafa Nayemə də şamil edilir.
Belə çıxır ki, Rusiyanın rəsmi şəxsləri Ermənistana kimin girə bilib, bilməyəcəyinə dair qərar verə bilər. İstənilən halda dövlətçilik və suverenliklə bağlı problemlərimiz var. Ermənistanın milli təhlükəsizlik xidməti digər dövlətin maraqlarını müdafiə etmək siyasətindən dərhal əl çəkməlidir”- deyə dəyirmi masada bildirilib.
Mustafa Nayem təyyarə ilə Ermənistana gəlib və “Zvartnots” hava limanı keçid məntəqəsindən keçməyə çalışıb. Lakin rus sərhədçiləri onun Ermənistana daxil olmasına imkan verməyiblər.
Məlum olduğu kimi, Rusiya sərhədçiləri yalnız Türkiyə və İran sərhəddində deyil, həm də “Zvartnots” hava limanında xidmət edirlər. Hazırda ukraynalı deputatın rus, yoxsa erməni sərhədçiləri tərəfindən saxlanıldığı da məlum deyil.
“Rus sərhədçilərin hava limanında xidmət aparması təmamilə qanunazidddir. Rus qoşunlarının Ermənistanda yerləşdirilməsi barədə 1992-ci il sentyabrın 30-da imzalanmış müvafiq razılaşmasına əsasən, rus sərhədçilər Türkiyə və İran sərhəddinin müdafiə edilməsindəki fəaliyyətindən fərqlənən hər hansı bir digər işə cəlb edilə bilməz. Bu barədə “vətəndaşların maarifləndirilməsi birliyi” 2015- ci ildən başlayaraq, dəfələrlə məsələ qaldırıb. Ümumiyyətlə rus sərhədçilərin SSRİ dağıldıqdan sonra Ermənistan hava limanını tərk etməyiblər”, - deyə müzakirələr zamanı vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az