Düşmən sərhəddə atəşkəsi intensiv şəkildə pozur - DSX cavab tədbirləri gördü

2019/04/DSC_0-1556634071.jpg
Oxunub: 19159     18:20     30 Aprel 2019    
Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqələri Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

DSX-nin Mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2019-cu ilin 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   DSX  


Bizi "telegram"da izləyin