Ermənistanın sabiq Müdafiə naziri Serjdən küsərək ABŞ-a yola düşüb

2019/04/00-14-1556619466.jpg
Oxunub: 19830     14:21     30 Aprel 2019    
Ermənistanda sabiq iqtidar partiyası olan Respublikaçılar partiyası daxilində parçalanmalar başlayıb. Buna sübut olaraq, Respublikaçılar partiyasının sədr müavini, sabiq Müdafiə naziri Vigen Sarkisyanın ABŞ-a yola düşməsini göstərmək olar. Bir neçə gün əvvəl Vigen Sarkisyan bir il müddətinə oxumaq üçün ABŞ-a gedəcəyini açıqlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxtəlif mənbələrdən daxil olan məlumata görə, Vigen Sarkisyan, Ermənistandan incimiş halda gedib.

2017-2018-ci illərdə Ermənistan parlamentinə keçirilən seçkilərdə Respublikaçıların seçki siyahısına rəhbərlik edən Vigen Sarkisyanın gələcəkdə Serj Sarkisyanı əvəz edəcəyi və partiyanın rəhbərliyini qəbul edəcəyi qeyd edilirdi.

Lakin Sarkisyan daha sonra fikrini dəyişərək partiya sədri olaraq qalacağını bəyan etdi. Vigen Sarkisyan da yaxın çevrəsində bildirib ki, öz gələcəyini Ermənistanda görmür. Partiya üzvlərindən bəzilərinin vəzifəsini tərk etməməkdə məhz Serj Sarkisyanı ittiham etdikləri, başqa cür partiyanın adının təmizə çıxarılmasının mümükün olmadığını qeyd etdikləri bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   ABŞ  


Bizi "telegram"da izləyin