“Baş nazir döyüşçünün problemlərindən xəbərsizdirsə, deməli bu vəzifə yerində deyil” – Avedisyan

2019/04/recei-1556614464.jpg
Oxunub: 15576     19:51     30 Aprel 2019    
“Fəaliyyətdə olan hakimiyyət bir sıra məsələlərdə milli, dövlət yanaşma tərzi nümayiş etdirmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda “Ləyaqətli könüllü döyüşçü” ictimai təşkilatının sədri, ehtiyatda olan polkovnik Volodya Avedisyan bildirib.

O, veteran döyüşçülərin problemləri haqqında danışarkən, hamını narahat edən bir məsələni diqqətə çatdırıb. Müharibə iştirakçısı statusu olduğu, orduda xidmət edərək təqaüdə getdiyi halda, 5000 dram əlavə vəsait alsa da, əlil təqaüdü alan şəxs bu 5000 dram vəsaiti almır.

Məsələ ilə bağlı Nikol Paşinyanla görüşməyə çalışmadıqlarını, hamının bu ölkədəki vəziyyətdən xəbərdar olduğunu qeyd edib.

“Ermənistan Müdafiə Nazirliyinin sosial təminat şöbəsinin rəisi var, bu məsələləri qaldırmalı, Baş nazir tələb etməlidir. Əgər bilmirsə, demək Baş nazir də, Müdafiə naziri də öz yerində deyillər”, - deyə Avedisyan bildirib.

O qeyd edir ki, hətta aprel döyüşləri iştirakçılarının bir çoxunun müalicə problemləri həll edilmir: “Aprel döyüşləri iştirakçılarının müalicəsi üçün internet saytları vasitəsilə ianə toplanır, bəs 1000 dramlar fondunun vəsaiti hara gedir.

Vanetsyan, dövlətin müalicə edəcəyi bu kimi halların çox olduğunu, lakin bunun edilmədiyi vurğulayır.

O, Meğridəki hərbi hissədə baş verən hadisəni xatırladaraq, bu hadisəyə görə Tonoyanın ərizə yazaraq istefaya getməli olduğunu qeyd edib: “Hərbi hissəyə baxanın olması nə deməkdir, hərbi hissəyə baxan şəxs şəxsi heyətin nə etməli olduğunu deyir, bu biabırçılıqdır. Müdafiə naziri vəziyyətə hakim deyil və bu hadisəyə görə ərizə yazaraq istefaya getməli idi”.

Avedisyanın fikrincə, Paşinyan hakimiyyəti milli dövlətçilik yanaşması nümayiş etdirmir: ““Vətəndaş günü” təyin edilməsi və 124 milyon dram sərf edilməsi, bu nə deməkdir. 30 ildir ki, türmələrdə vətəndaşlar mübarizə aparır, vətəndaş çoxdan mövcuddur, amma onlar özlərini yenidən göstərmək istəyirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq   Etiraz  


Bizi "telegram"da izləyin