Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək

2019/04/20160-1556544199.jpg
Oxunub: 28056     17:14     29 Aprel 2019    
Azərbaycan Hərbi Hava Qüvvətləri (HHQ) Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Ordu.az xəbər verir ki, təlimlər “Anadolu Ankası - 2019” adı altında keçiriləcək.

Azərbaycanla yanaşı, Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ-lərinin də qatılacağı hərbi təlimlər bu il mayın 13-24 tarixlərində Konyada baş tutacaq.

Hərbi təlimlərdə adıçəkilən ölkələrdən ümumilikdə 100 hərbçi iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   HHQ   Təlim  


Bizi "telegram"da izləyin