SIPRI: Yoxsul Ermənistan ən çox hərbiləşdirilmiş ölkələrdən biridir

2019/04/ermen-1556542391.jpg
Oxunub: 16936     16:52     29 Aprel 2019    
2017-2018-ci illərdə Ermənistanın müdafiə xərcləri 1/3 həcmdə artıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatı Mərkəzinin 2018-ci il üçün hazırladığı hesabatda qeyd edilib.

Ümumiyyətlə, Ermənistan qeyd edilən müddət ərzində müdafiə sahəsinə 609 milyon dollar sərf edib.

Beləliklə, Ermənistan müdafiə xərclərinin ÜDM-də payı ən böyük hərbi yükü olan 10 ölkə arasında yer alıb. Hərbi xərclər Ermənistan ÜDM-nin 4,8%-ni təşkil edir.

Ümumdünya müdafiə xərclərindəki payına görə, 5-liyə daxil olan ilk ölkə ABŞ (36% və ya 649 milyard dollar), Çin (14% və ya 250 milyard dollar), Səudiyyə Ərəbistanı (3.7% və ya 67.6 milyard dollar), Hindistan (3.7% və ya 66,5 milyard dollar) və Fransa (3,5 faiz və ya 63,8 milyard dollar) təşkil edir.

2006-cı ildən bəri ilk dəfə Rusiya ilk beşliyə daxil olmayıb və 6-ci yeri tutub (3.4% və ya 61,4 milyard dollar), Rusiyadan sonra Birləşmiş Krallıq, Almaniya, Yaponiya və Cənubi Koreya yer alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   SIPRI  


Bizi "telegram"da izləyin