Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu, Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun bu gün yaydığı hesabatdan aydın olub.
Hesabatda göstərilir ki, dünya üzrə bütövlükdə hərbi xərclər ötən il ərzində 2,6% artaraq 1,8 trilyon dollara çatıb. Bununla da ardıcıl ikinci il də artan qlobal göstərici 1988-ci ildən sonra ən yüksək səviyyəsinə çatıb.
SIPRI-nin Silahlar və Hərbi Xərcləmələr proqramının direktoru Aude Flurant ABŞ xərclərindəki artımı 2017-ci ildən etibarən iqtidarı ələ alan Tramp rəhbərliyindəki hökumət tərəfindən yeni silahlanma proqramının tətbiqi ilə izah edib.
Bu göstəriciyə görə, dünyanın ilk yerini zəbt edən ABŞ-ın ötənilki hərbi xərcləri 649 milyard dollar olub ki, bu ondan sonra gələn növbəti 8 ölkənin bütövlükdə xərclərinin cəminə bərabərdir.
Ağalar Ağalarlı
Ordu.az