Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin əvvəlində verilən bəyannaməsində Artak Davtyan heç bir məlumat verməyib.
Belə çıxır ki, 22 milyon 250 min dəyərində ya hədiyyə alıb, yaxud yardım şəklində verilən mənzil alıb. Erməni KİV-lərinə görə, yəqin ki, onun da zəngin və səxavətli dayıları var.
Təqdim etdiyi bəyannamədə maddi vəsait olaraq ilin əvvəlində 1 milyon 950 min dram və 3000 ABŞ dolları, ilin sonunda isə 4 milyon 980 min dram və 3000 ABŞ dollarına sahib olduğunu göstərib.
Əmək haqqı kimi ödənilən və ya buna bərabər maddi vəsaitlərin məbləği 9 milyon 581 min dram təşkil edib.
Alpər Mövludoğlu
Ordu.az