HHM bölmələrimizin taktiki-xüsusi təlimi keçirilib - FOTOLAR

2019/04/1ea07-1556533761.jpg
Oxunub: 24551     12:25     29 Aprel 2019    
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlim zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb, şərti düşmənin hava hədəflərinin aşkar edilməsi və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   HHQ  


Bizi "telegram"da izləyin