Ordu.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, Ermənistanda Milli Təhlükəsizlik Şurasının sabiq katibi Artur Bağdasaryanın mülkiyyətində olan KTMT akademiyasının binası satışa çıxarılıb.
Qeyd edək ki, Artur Bağdasaryan 2013-cu ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi olarkən, hərbi təhlükəsizlik sahəsində kadr hazırlığı və təkmilləşdirilməsi ilə məşğul olacaq KTMT akademiyasının yaradılacağını bəyan edib.
Akademiyanın yaradılması üçün İrəvanın mərkəzində ərazi ayrıldı. Lakin üzərində “KTMT Akademiyası” löhvəsi olan bina inşa edilsə də, o ümumiyyətlə istismara verilmədi və fəaliyyətə başlamadı.
Alpər Mövludoğlu
Ordu.az