Şırnakda PKK-nın 36 sığınacağı məhv edilib

2019/04/thumb-1556351123.jpg
Oxunub: 17912     11:43     27 Aprel 2019    
Türkiyənin Şırnak bölgəsində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda terrorçuların istifadə etdiyi sığınacaqlar məhv edilib.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanları məlumat yayıb.

Məlumata görə, əməliyyatda PKK terrorçularının istifadə etdiyi 36 sığınacaq aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bölgədə PKK terror təşkilatına qarşı "Şəhid Jandarm Kapitan Yunus Çələbi Əməliyyatı" adlı əməliyyat keçirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin