RBK: Ermənistan KTMT-nin əsasnaməsində dəyişikliklər etməyi təklif edir

2019/04/ktmt--1556263227.jpg
Oxunub: 18826     11:34     26 Aprel 2019    
KTMT-nin üzv ölkələrinin xarici işlər nazirləri şurasının mayın 22-də Bişkekdə keçiriləcək qarşıdakı iclasında Ermənistanın təklifi ilə KTMT-nin əsasnaməsində dəyişikliklərin edilməsi barədə razılaşma əldə edilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə RBK agentliyi təşkilata üzv iki ölkənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Dəyişikliklər razılaşdırıldıqdan sonra yaz aylarında keçirilməsi nəzərdə tutulan KTMT-nin kollektiv təhlükəsizlik şurasının iclasında ölkə rəhbərlərinin təsdiqinə təqdim ediləcək.

Məlumata görə, Ermənistanın irəli sürdüyü təklif KTMT-nin Baş katibinin vəzifə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi prosedurlarının tənzimlənməsindən ibarətdir. Ermənistanın təklifinə görə, seçildiyi 3 il müddətinin başa çatmasınadək, səlahiyyət müddətinə vaxtından əvvəl xitam verilən şəxsin təmsil etdiyi ölkənin nümayəndəsi seçilməlidir.

Hazırda 2020-ci ilədək Baş katib səlahiyyətinin müvəqqəti icraçısı Rusiyanın nümayəndəsi Valeri Semerikovdur. Daha sonra bu vəzifə Belarusa təhvil veriləcək.

KTMT-nin nazirlər şurasının gündəliyi və imzalanacaq sənədlər toplusu hazırda formalaşdırılmaqdadır. KTMT-nin əsasnaməsinə ehtimal edilən dəyişikliklər barədə suala cavab verərkən, Ruriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin