Ordu.az Ermənistan Xüsusi İstintaq Xidmətinə istinadən xəbər verir ki, həmin dövrdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, Ermənistan SQ-nin sabiq Baş Qərargah rəisi olan Seyran Ohanyan, Ermənistan Müdafiə nazirinin müavini vəzifəsini tutan Yuri Xaçaturov və Ermənistan prezident administrasiyasının rəhbəri vəzifəsini tutan Armen Qevorqyan haqqında cinayət işi, ittiham rəyi nəticəsilə nəzarəti həyata keçirən prokurorluğa göndərilib.
Qeyd edək ki, Robert Köçəryan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirmək və xüsusilə böyük həcmdə rüşvət almaqda, Seyran Ohanyan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə, Yuri Xaçaturov Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə, Armen Qevorqyan Ermənistan Respublikasının konstitusiya quruluşunun devrilməsinə yardım etməkdə, xüsusilə böyük həcmdə rüşvət almaqda və cinayət yolu ilə əldə edilən əmlakı qanuniləşdirməkdə ittiham edilirlər.
Alpər Mövludoğlu
Ordu.az