İŞİD Suriyada silsilə hücumlar edib: 35 ölü

2019/04/B8DBC-1555747841.jpg
Oxunub: 26684     12:10     20 Aprel 2019    
İŞİD terrorçuları son iki gün ərzində Suriya ordusu və müttəfiq qüvvələrinə qarşı həyata keçirdiyi hücumda 35 əsgəri qətlə yetiriblər.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqları üzrə Müşahidə Qrupunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, İŞİD-in Suriya-İraq sərhədi yaxınlığında yerləşən Baquzdakı bütün ərazilərini ötən ay itirməsinə baxmayaraq, onlar hələ də uzaq mərkəzi səhralarda mübarizə aparırlar. Qrup bu hücumları həmin ərazilərin itirilməsindən sonra İŞİD-in həyata keçirdiyi ən böyük əməliyyat kimi dəyərləndirib.

Bir neçə ərazidə baş tutan hücumların ən şiddətlisi qədim Palmira şəhərinin şimalındakı əl-Xum zonasında həyata keçirilib və burada 15 hərbi qulluqçu həyatını itirib. Bundan əlavə terrorçuların özlərinə məxsus internet resursları vasitəsilə yaydığı məlumatlara görə, Palmira və Deyr əz-Zor arasında əl-Suxna regionunda 20-dən çox əsgəri öldürdüyünü və ya yaraladığını bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   Terror  


Bizi "telegram"da izləyin