Tibb xidməti polkovniki: “Əsas təcrübəmiz real döyüş meydanlarında olub” - MÜSAHİBƏ

2019/04/57821-1555567453.jpg
Oxunub: 868     10:15     18 Aprel 2019    
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin fəaliyyəti müxtəlif hərbi ixtisaslar üzrə kadrların yetişdirilməsinə xidmət göstərir. Nəzərə alsaq ki, hərbi sahədə ən məsuliyyətli sahələrdən biri də tibb sahəsidir, o zaman bu sahənin təkcə maddi-texniki bazasının deyil, kadr potensialının da inkişaf etdirilməsinə böyük ehtiyac olduğunu görərik. Azərbaycan ordusunda xidmət edən hərbi-tibbi kadr potensialı necə yetişdirilir və bu sahədə nə kimi irəliləyişlərimiz var?

Ordu.az olaraq növbəti mövzumuz bu sahədən olacaq. Müsahibimiz, tibb xidməti polkovnik-leytenantı, aparıcı cərrah Hüseyn Əliyevdir.

- Cənab polkovnik-leytenant, rəhbərlik etdiyiniz hərbi hospital döyüş yolu keçib. Tibbi kadrlarınız bu gün bütün tələblərə cavab verirmi?

- Bəli, düz buyurdunuz ki, hospitalımız böyük bir döyüş yolu keçib. Demək olar, bizim əsas təcrübəmiz real döyüş meydanları, passientlərimiz isə bu döyüşlərdə real yaralanan əsgərlərimiz olub.

Hospitalımızda çalışan tibbi heyətə gəlincə deyə bilərəm ki, həm ali təhsilli, həm də orta tibb personalının böyük iş təcrübəsi var. Onların real iş təcrübələri, bizdə böyük bir güvən hissi yaradıb. Biz də tibb personalımızın bu təcrübəsinə güvənərək, bizə gələn ən ağır travmalı xəstələrimizi belə digər böyük müalicə müəssisələrinə göndərməyə ehtiyac görmürük. Həm travma alan xəstələrimiz, həm də digər xəstəliklərlə bağlı müraciət edənlər burada müayinə və müalicə olunur. Öz müalicələrini başa vurduqdan sonra isə xidmət etdikləri hərbi hissələrə gedirlər. Son zamanlar müəssisəmizdə yaradılan müayinə imkanları şərait yaradır ki, xəstələrimizin hamısını burada müalicə edək. Buna həm yaradılan şərait, həm də tibbi kadrlarımızın yüksək bilik və təcrübəsi uyğundur.

- Hospitalın bir neçə il öncəki vəziyyəti ilə indiki durumu arasındakı fərq necədir?

- Onu deyim ki, əvvəllər burada elə də güclü bir şərait olmayıb. Həm otaqlar, həm müayinə və müalicə korpusları sadəcə uyğunlaşdırılaraq istifadə edilib. Lakin indi ordumuzda olan inkişaf, bu sahənin nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb olub. Əvvəllər burada təkcə ilkin yardım göstərilirdisə, indi tam ixtisaslaşmış bir hospital kimi fəaliyyət göstərir.

Bizim geniş həcmli laboratoriya, ulturasəs müayinəsi, rentgen, aparatlarımız var. Yaradılan bu cür şərait həm də həmin sahələr üzrə ixtisaslı kadr çatışmazlığını da aradan qaldırıb. Hazırkı durumda xəstələrimizə son diaqnozun qoyulmasını özümüz də təşkil edir, həkimlərimizin təcrübəsinə güvənərək onları müalicə edirik. Əsasən də çalışdığımız, əsgərlərimizin hərbi xidmətlərinə fiziki baxımdan sağlam davam edə bilmələridir.

- Kadr potensialından danışmağınızı xahiş edirəm, bu sahədə olan kadrlarımızın hazırlanması üçün hansısa bir məktəb varmı, yoxsa mülki həkim ixtisasına sahiblənənlərdir?

- Azərbaycan Tibb Universitetində hərbi həkim fakültəsi fəaliyyət göstərir. Həmin fakültədə təhsil alan gənclərimiz daha sonra bizə göndərilir. Onlar burada həm təhsil aldıqları müddətdə təcrübə keçir, həm də məktəbi qurtardıqdan sonra öz işlərini davam etdirirlər. Çox şükürlər olsun ki, bu gün hərbi fakültəyə maraq göstərən kifayət qədər insan var. Onu da qeyd etmək istəyirəm ki, gənc kadrlarımızın təkcə bizdə deyil, həm də ixtisaslaşmış beynəlxalq hərbi tibbi akademiyalarda təcrübə keçmələri təmin edilir ki, bu da gələcəkdə ixtisaslı kadrlarımızın daha da təcrübə toplamasına əsas verir.

Beynəlxalq təcrübə keçən gənc mütəxəssislərimiz öz işlərinə demək olar ki, dinc dövürdə başlasalar da, müharibənin aktiv olduğu zamanlarda daxil olan xəstələrin qəbulu zamanı onların müalicə olunmasında bir addım öndə başlayırlar. Bəzən isə zərurət yarandıqda mülki ixtisaslar üzrə bitirən həkimlərimiz var ki onlar ehtiyaca uyğun olaraq işə qəbul edilirlər. Əgər bu cür ixtisaslı tibb işçiləri işə qəbul edilirsə, onlar bir neçə aylıq təlim tədris mərkəzində hərbi tibb kurslarına cəlb edilirlər. Təbii ki, bu da yalnız atəşkəs dövründə olur. Həmin həkimlər kurslarını başa vurduqdan sonra hərbi hissəmizdə öz xidmətlərini davam etdirirlər.

- Tibb personalınızın təcrübəsinə güvəndiyinizi dediniz...

- Bunu tam əminliklə deyirəm. Aprel döyüşləri onu göstərdi ki, bizim bu sahədə kifayət qədər təcrübəmiz var. Çünki hospitala daxil olan yaralı əsgərlərimizdən onlara göstərilən tibbi xidməti sayəsində birini belə itirmədik. Bu da bizə güvənc verir və tam məsuliyyətlə deməyə əsas verir ki, bizim bu sahədə kifayət qədər təcrübəmiz var. Tibbi kadrlarımız istənilən travmalar üzrə yetərli qədər xidmət göstərməyə hazırdırlar.

- Hərbi sahədə tibbin inkişafını necə görmək istəyərdiniz?

- Deyərdim ki, hələlik bir fakültə bizə tibbi kadrların yetişdirilməsində kömək edir. Amma təcrübəli bir hərbçi kimi, deyə bilərəm ki, gələcəkdə bu sahə ayrıca məktəb kimi formalaşmalıdır. Çünki müharibə şəraitində bir çox zədələr olur ki, bunlar da yalnız travmalardan ibarət olur. Bütün bu sahələr üzrə ixtisaslaşmış qrupların olmasını istərdim. Çünki hər bir həkimin öz iş sahəsi var. Əgər hərbi tibbi məktəb olarsa, orda bütün sahələr üzrə yalnız hərbçi həkim briqadası təhsil alar. Bu da gələcəkdə öz işlərimizi daha çox peşəkarlara həvalə etməyimizə əsas yaradar. Bu gün ordumuza göstərilən yüksək qayğı məndə belə bir inam yaradıb ki, gələcəkdə bu sahənin də formalaşması və ayrıca hərbi tibbi məktəbin yaradılması təmin ediləcək.

- Müsahibə üçün təşəkkür edirəm!

- Çox sağ olun, minnətdaram!

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Tibb-xidməti  

Tibb xidməti polkovniki: “Əsas təcrübəmiz real döyüş meydanlarında olub” - MÜSAHİBƏ

2019/04/57821-1555567453.jpg
Oxunub: 869     10:15     18 Aprel 2019    