Ordu.az xəbər verir ki, bu ifadələr “Joğovurd” nəşrinin məsələ ilə bağlı yayımladığı məqalədə qeyd edilib.
“Biz isə onları tədricən təqdim etməyə davam edəcəyik. Bu gün növbə Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanındır”, - deyə nəşr yazır.
Bildirilir ki, o, bu iş üzrə ətraflı şəkildə ifadə verib və onun sözlərindən aydın olub ki, hökumət binasının mərkəzi hissəsinin fiziki təhlükəsizliyinin təmin edilməsi problemi hərbi polisin üzərinə qoyulub.
“Müstəntiq: Siz qeyd etdiniz ki, ordunun cəlb olunması məsələsi ortaya çıxıb. Hansı vəziyyətdə ordunun cəlb olunması məsələsi razılaşdırılmışdı və belə bir əmri kim vermişdi? Bu əmrə əsasən, ordu və hərbi polis hansı təlimatı alıb, hansı halda hansı fəaliyyətlər həyata keçirilməli idi?"
“Qasparyan: “Yaxşı, bu kimi məsələlərin həll edilməsi ölkə prezidenti səviyyəsində idi. Bizə deyilmişdi ki, binanı qoruyun, biz gəldik, qoruduq, Ali Baş Komandan var”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az