Ermənistanda 7 general cinayət təqibinə məruz qalır: Onlar kimlərdir? (FOTOLAR)

2019/04/41616-1555502740.jpg
Oxunub: 1138     16:01     17 Aprel 2019    
Son bir həftə ərzində Ermənistanda 7 general cinayət təqibinə məruz qalıb ki, onlardan da 4-ü ordu generalıdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxtəlif cinayət işlərində ittiham olunan generallardan yalnız biri həbsdədir.

Məlumata görə, onlardan ikisinə qarşı ehtiyat tədbiri kimi uzaqlaşmaması haqqında imza, birinə qarşı girov, digər üç generala qarşı isə axtarış tədbiri müəyyən edilib.

Beləliklə:

Mikayel Harutyunyan - Ermənistanın dövlət və hərbi xadimi, sabiq Müdafiə naziri Mikayel Harutyunyan general-polkovnik rütbəsinə (2002) sahibdir. O, 2008-ci ilin “1 Mart” hadisələrində konstitutsiya sistemini devirməkdə ittiham edilir. Ona qarşı önləyici tədbir müəyyən edilərək beynəlxalq axtarış elan edilib. Mikayel Harutyunyan Rusiya vətəndaşıdır. Rus KİV-lərinin yaydığı məlumata əsasən, Rusiya ərazisində ona qarşı elan edilən beynəlxalq axtarış ləğv edilib.

Seyran Ohanyan - Ermənistanın sabiq Müdafiə naziri. Seyran Ohanyan general-polkovnik rütbəsinə (2007) sahibdir. O, 2008-ci ilin “1 Mart” hadisləri ilə bağlı ittiham edilir. Ohanyan Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ermənistanda Konstitutsiya sistemini devirməkdə günahkar hesab edilir. Ona qarşı önləyici tədbir kimi ölkəni tərk etməyəcəyi ilə bağlı imza çəkməsi müəyyən edilib. Seyran Ohanyan 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışırdı.

Yuri Xaçaturov - KTMT-in keçmiş Baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. General-polkovnik Yuri Xaçaturov da “1 Mart” hadisələri ilə bağlı olaraq konstitutsiya sistemini devirməkdə ittiham edilir. Ona qarşı 2018-ci il iyulun 26-da ittiham irəli sürülüb. İki gün sonra İrəvan Ümumi Yurisdiksiya məhkəməsinin prokuroru Davit Balayan Xaçaturova qarşı alternativ önləyici tədbir kimi onun girov saxlanılmasına qərar verib, girovun məbləği isə 5 milyon Ermənistan dramı müəyyən edilib. Xaçaturov bu məbləği ödəyərək azadlığa çıxıb. Yuri Xaçaturov 2018-ci il noyabrın 2-də KTMT-in Baş katibi vəzifəsindən azad olunduqdan bir neçə gün sonra Ermənistana qayıdıb.

Vahan Harutyunyan - “1 Mart” işi üzrə istintaq qrupunun keçmiş rəhbəri. Vahan Harutyunyan Ədliyyə Nazirliyininin general-mayor rütbəsinə sahibdir. O, Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi (vəzifəsindən ağır nəticələrə səbəb olacaq tərzdə sui-istifadə) və 309-cu maddəsinin 2-ci hissəsi ilə (zorakılıq, silah və ya xüsusi vasitələr istifadə etməklə vəzifə səlahiyyətlərini aşma) ittiham olunur.

Manvel Qriqoryan - "Yerkrapah" təşkilatının keçmiş sədri, Ermənistan parlamentinin deputatı. Manvel Qriqoryan general-leytenant rütbəsinə sahibdir. O, hazırda azadlıqda olan yeganə generaldır. Manvel Qriqoryan qanunsuz silah saxlamaqda, 2016-cı il aprel döyüşləri zamanı və ondan sonrakı günlərdə hərbçilər üçün nəzərdə tutulmuş əmlakı mənimsəməkdə, vergidən yayınmaqda, dövlət vasitələrini israf etməkdə və əmlakın bilərəkdən oğurlanmasını təşkil etməkdə ittiham olunur. Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Amiryana qarşı ilkin istintaq başa çatıb, onun oğlu Arman Qriqoryan isə axtarışa verilib.

Levon Yeranosyan - Ermənistanın keçmiş polis rəisinin müavini. Levon Yeranyan general-mayor rütbəsinə sahibdir. O, rəsmi səlahiyyətlərini aşmaqda ittiham olunur. Cinayət işinin gedişatı zamanı əldə edilən məlumatlara görə, 2018-ci ilin aprel ayında İrəvanda keçirilən etiraz aksiyaları zamanı müxtəlif şəxslər məhz Levon Yeranosyanın fəaliyyəti nəticəsində bədən xəsarətləri alıblar.

Mihran Poğosyan - Ketrini Mihran adı ilə tanınan iş adamı Mihran Poğosyan Ədliyyə Nazirliyinin genral-mayor rütbəsinə sahibdir. O, ofşor fırıldağına görə ittiham olunur. Ermənsitan Xüsusi İstintaq Xidmətində aparılan cinayət işi çərçivəsində, Ermənistan Cinayət Aktlarının keçmiş icbari məmuru Mihran Poğosyan Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 308-ci maddəsinin 2-ci hissəsi ilə ictimaiyyətə qarşı təhlükəli fəaliyyətlərin həyata keçirilməsində ittiham olunur. Mihran Poğosyana qarşı axtarış elan edilib.

Yuxarıda qeyd edilən bütün keçmiş yüksək dərəcəli dövlət rəsmiləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   General   Cinayət  

Ermənistanda 7 general cinayət təqibinə məruz qalır: Onlar kimlərdir? (FOTOLAR)

2019/04/41616-1555502740.jpg
Oxunub: 1139     16:01     17 Aprel 2019    