Meğri hadisələrinə görə 6 nəfərə qarşı ittiham irəli sürülüb - DETALLAR

2019/04/56756-1555485228.jpg
Oxunub: 749     11:01     17 Aprel 2019    
Meğridəki hərbi hissədə baş verən hadisə ilə bağlı hərbi hissə komandirinə və 5 hərbi qulluqçuya ittiham irəli sürülüb.

Ordu.az “News.am” saytına istinadən xəbər verir ki, martın 17-də Meğridə dislokasiya olunan hərbi hissələrdən birində baş verən hadisə ilə bağlı Gorus qarnizonu hərbi prokurorluğunda araşdırılan cinayət işi çərçivəsində hərbi hissə komandirinə və 5 hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb, hərbi hissə komandirinin səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, ötən ayın 17-si Meğridəki hərbi hissələrdən birinin daimi dislokasiya məntəqəsində bir qrup məcburi xidmət hərbi qulluqçusu günün nizam qaydalarına uyğun nəzərdə tutulmuş hərbi xidmətin bir sıra qaydalarını yerinə yetirməkdən imtina ediblər. Onlar xidmət yerini tərk edib və yalnız hərbi hissə komandiri ilə hərbi polisin çağırışlarından sonra geri, dislokasiya məntəqəsinə qayıdıblar.

Baş verən hadisə ilə əlaqədar martın 25-də Gorus qarnizonu hərbi prokurorluğu tərəfindən materiallar toplanaraq cinayət işi açılıb, ilkin araşdırma üçün Ermənistan İstintaq komitəsinin hərbi istintaq baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsinə göndərilib.

Məlum olub ki, həmin hərbi hissənin komandiri polkovnik R.S 16 mart saat 09:00 radələrində ciddi komandir təəssüratı bağışlamaq məqsədilə öz iş otağında səlahiyyət həddini aşaraq hərbi hissə tərəfindən verilməyən, nizamnamələrə uyğun olmayan hərbi geyimlərin cırılması barədə göstəriş verib. Əmrin icrası məqsədilə hərbi hissənin sıra meydanında baxış zamanı 30-dək hərbi qulluqçunun geyimləri cırılıb.

Həmçinin üzə çıxıb ki, 2019-cu ilin yanvar-fevral aylarında hərbi hissə komandirinin ciddi göstərişinə baxmayaraq, hərbi hissənin taborlarından birinin müvafiq vəzifəli şəxsləri əsgər K.M adlı hərbi qulluqçuya himayədarlıq edib, onun sərbəst hərəkətinə şərait yaratmaqla, əsgərin “himyədarları” qarşısında özlərinə hörmət qazanmağa çalışıblar. Qeyd edilən əsgər K.M zabit otağına sərbəst giriş-çıxış imkanları da əldə edib.

Hadisə barədə ayın 29-da prokurorluq tərəfindən araşdırma başladılıb və hər tərəfli araşdırmanın təmin edilməsi məqsədilə bir neçə cinayət işinin icraatı birləşdirilib. İlkin istintaq zamanı əldə edilən məlumatlara əsasən hərbi xidmət borclarını yerinə yetirməkdən imtina edilməsi ittihamı ilə 15-16 mart tarixlərində hərbi hissənin 5 məcburi xidmət hərbi qulluqçusuna qarşı cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb.

Martın 16-da isə vəzifə səlahiyətlərinin yerinə yetirilməsində fəaliyyətsizliyinə görə, hərbi hissə komandiri polkovnik R.S adlı hərbi qulluqçuya qarşı da ittiham irəli sürülüb. Onun yaşayış yerini tərk etməməsi barədə qərar qəbul edilib. Bundan başqa prokuror həmin gün hərbi hissə komandirinin səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə də qərar qəbul edib. Cinayət işi üzrə araşdırmalar davam edir.

Xatırladaq ki, Meğridə dislokasiya olunan hərbi hissələrdən birində hərbi qulluqçular özbaşına hərbi hissəni tərk edərək, öz etirazlarını bildiriblər. Bundan sonra bir qrup hərbi qulluqçu martın 17-də Qafan, daha sonra Xankəndində yerləşən intizam taborlarına, oradan da ön xətt bölmələrinə aparılıblar. Valideynlərin iddiasına görə hadisə zabit ucbatından baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Meğri   Etiraz   Ermənistan-ordusu   Zorakılıq   Həbs  

Meğri hadisələrinə görə 6 nəfərə qarşı ittiham irəli sürülüb - DETALLAR

2019/04/56756-1555485228.jpg
Oxunub: 750     11:01     17 Aprel 2019    