Harutyunyan: “Məni döyənlər arasında hərbi geyimdə olan şəxslər olub”

2019/04/18031-1555138895.jpg
Oxunub: 403     11:32     13 Aprel 2019    
“Əgər Robert Koçaryan fövqəladə vəziyyət elan etməsəydi, daha çox itkilər olardı”

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Milli Razılıq” partiyasının sədri Aram Harutyunyan bildirib.

“Bu gün guya ordunu siyasi proseslərə cəlb etməsinə görə, Koçaryanı ittiham edirlər. Realda isə hər hansı hüquqi əsas olmadan 1996-cı ildə ordu cəlb edilmişdi. Məni döyənlər arasında hərbi geyimdə olan şəxslər olub”, - deyə Harutyunyan müsahibəsində bildirib.

O, 1996-cı ildə baş verənlərin kənara qoyularaq, 2008-ci ildə baş verənlərə diqqət çəkildiyini, və bununla da hər şeyin alt-üst edildiyini vurğulayıb. Onun sözlərinə görə, əgər Robert Koçaryan fövqəladə vəziyyət elan etməsəydi, 1 mart tarixində daha çox itkilər olardı.

“Nikol Paşinyanın əli ilə 1 mart hadisələri qurbanlarının yaxınlarını aldadırlar. Hədəf seçiblər, bu, Robert Koçaryandır, təqsirləndirilən şəxs seçiblər - Koçaryandır və bununla da ölənlərin yaxınlarını sakitləşdirməyə cəhd edirlər. Lakin bu aldatmadır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanda 1996-cı ildə prezident seçkilərinin nəticələrini saxtalaşdırmağa, seçkilərdən sonra konstitutsiya quruluşunu dəyişməyə, həmçinin ona qarşı zorakılığa və işgəncələrə yol verilməsi ilə bağlı törədilən cinayət haqqında baş prokuror Artur Davtyana ünvanlanmış bəyanata görə, Harutyunyanı Xüsusi İstintaq Xidmətinə çağırıblar.

Harutyunyan bildirib ki, əgər bu işinin araşdırılmasına başlanılmasa, məhkəməyə müraciət edəcək, hətta Avropa məhkəməsinə müraciət etməklə sona qədər gedəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Harutyunyan  

Harutyunyan: “Məni döyənlər arasında hərbi geyimdə olan şəxslər olub”

2019/04/18031-1555138895.jpg
Oxunub: 404     11:32     13 Aprel 2019    