Ordu.az xəbər verir ki, o, Həftardan Liviyanın paytaxtı Tripoliyə edilən hücumu təcili şəkildə dayandırmasını tələb edib.
“ABŞ Tripoli yaxınlığındakı döyüşdən çox narahatdır. Biz Xəlifə Həftarın qüvvələrinin hərbi hücumuna qarşı olduğumuzu aydın şəkildə bəyan etmişik və onu Liviyanın paytaxtına qarşı hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.
Onun sözlərinə görə, Tripoliyə edilən bu, birtərəfli hücum buradakı mülki şəxsləri, eləcə də bütün liviyalılar üçün daha yaxşı gələcək imkanlarını təhlükə altına qoyur.
Ağalar Ağalarlı
Ordu.az