Ermənistan hökumətinin bir qrup üzvü helikopterlə Qarabağa gəlib

2018/10/34534-1538636638.jpg
Oxunub: 3293     10:59     04 Oktyabr 2018    
Ermənistan hökumətinin bir qrup üzvü helikopterlə işğal altında olan Qarabağa gəlib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atasının dəfn mərasimində iştirak etmək məqsədilə Ermənistan hökumətinin bir qrup üzvü baş nazirin müavini Ararat Mirzoyanın rəhbərlıiyi ilə helikopterlə Qarabağa gəlib.

Qeyd edək ki, işğal altında olan Qarabağda formalaşdırılan qondarma qurumun polisi Armen Qriqoryanın atasının özünü asaraq intihar etdiyini təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 2-də saat 23:45-də Qarabağın Xocavənd şəhər polisinə Xocavənd şəhər fərdi evlərindən birində 1952-ci il təvəllüdlü V.Q. adlı şəxsin asılmış meyitinin aşkarlandığı barədə məlumat daxil olub.

Hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, həmin gün V.Q adlı şəxs evinin yaxınlığında olan bağda tut ağacı budağından polietilen kəndirlə özünü asaraq intihar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İntihar   Ermənistan  


Bizi "telegram"da izləyin