Ermənistan ordusu həftə ərzində Qarabağda hansı fəaliyyətləri həyata keçirib? – ƏTRAFLI

2018/10/13-1538414016.jpg
Oxunub: 4211     21:12     01 Oktyabr 2018    
Ermənistan ordusunun Qarabağda dislokasiya olunan qanunsuz bölmələri həftə ərzində bir sıra fəaliyyətlər həyata keçirib.

Ordu.az “Qoyamart” hərbi verilişinə istinadən xəbər verir ki, sentyabrın 25-də Ermənistanın baş hərbi müffəttişi general-polkovnik Movses Hakobyanın rəhbərlik etdiyi hərbi inspeksiya heyəti tərəfindən Qarabağda dislokasiya olunan qanunsuz hərbi bölmələrdə yoxlamalar aparılıb.


Ermənistandakı korpus komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərindən və mənəvi psixoloji təminat üzrə zabitlərdən ibarət heyət təcrübə mübadiləsi məqsədilə Qarabağda qanunsuz dislokasiya olunan qondarma qurumun hərbi bölmələrində olub.


Ermənistan ordusunun şəxsi heyətlə iş üzrə idarənin mənəvi psixoloji təminat üzrə şöbə rəisi polkovnik Ara Sarkisyan

Qarabağdakı erməni ordusunun rabitə hərbi hissəsi bazasında keçirilən komandir toplanışında rabitə üzrə mütəxəssislər cəlb olunmaqla bilik və bacarıqların təkmilləşdirilməsi, təcrübə mübadiləsi və yeniliklər barədə məlumat verilib.


Bundan başqa 24-28 sentyabr tarixləri arasında hava hücümundan müdafiə bolmələri, məntəqə və bölük komandirləri, onların müavinləri cəlb olunmaqla toplanış keçirilib.



Eyni zamanda arxa cəbhə təminatı üzrə məsul zabitlər, hərbi hissələrin arxa cəbhə xidməti rəisləri və maddi texniki təminat bölmələrinin komandirləri cəlb olunmaqla mərkəzi tabelikdə olan hərbi hissələrdən birinin maddi bazasında toplanış təşkil edilib.


Sentyabrın 26-da qoşunların cəbhə xəttinin şərq istiqaməti hesab olunan Xocavənd yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun 35383 nömrəli hərbi hissəsinin ön xətt bölmələrində fransalı erməni xeyriyyəçi Jak Matosyan və hərbi hissə komandiri polkovnik Karen Qriqoryan


Xocavənd istiqamətindəki cəbhə xəttində düşmən bölməsinin bölük komandiri vəzifəsini icra edən Armen Xanazaryan


Xocavənd istiqamətindəki cəbhə xəttində düşmən bölməsinin tabor komandiri Humbert Manukyan

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin