Xankəndində "qırmızı beretlilər"lə baş vermiş davadan DETALLAR

2018/09/arcax-1537532844.jpg
Oxunub: 784     17:24     21 Sentyabr 2018    
İyunun 1-də işğal altında olan Xankəndində baş verən dava ilə ittiham olunan David Harutyunyanın cinayət işinə xitam verilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hüquqşünas Rafiq Martirosyan bildirib. Digər şübhəlilərə qarşı cinayət işinə xitam verilib-verilməməsi məlum deyil.

Qeyd edək ki, daha öncə Rafiq Martirosyan dava ilə bağlı belə demişdi: "David Harutyunyana qarşı ittiham əsassız və qanunsuzdur. Müştərim videonun xüsusi epizodları haqqında ifadələr verib. Hamısı maşının saxlanmasından başlayıb.

Avtomobil maşınyuma yerinin yaxınlığında dayandırılmalı idi, ancaq milli təhlükəsizlik xidmətinin Vitali adlı əməkdaşından biri yolun mərkəzində dayanıb və sonra yenidən qayıdıb. Bundan sonra Vitali otağa daxil olub və arxadan David Harutyunyana zərbə endirib, bədən xəsarətləri yetirib".

Xatırladaq ki, iyunun 1-də Xankəndində "təhlükəsizlik xidməti"nin xüsusi təyinatlı dəstəsinin əməkdaşları və vətəndaşlar arasında toqquşma baş verib. Hazırda iş üzrə 7 şübhəli var, o cümlədən "təhlükəsizlik xidməti"nin keçmiş rəhbəri Arşavir Qaramyanın oğlu, Vardan Qaramyan da şübhəlilər arasındadır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Etiraz   MTX  

Xankəndində "qırmızı beretlilər"lə baş vermiş davadan DETALLAR

2018/09/arcax-1537532844.jpg
Oxunub: 785     17:24     21 Sentyabr 2018    