Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin 2008-ci il 0038 nömrəli məxfi əmri ilə bağlı xüsusi istintaq komitəsində aparılan istintaq tədbirləri çərçivəsində, işğal altında olan Qarabağda formalaşdırılan qondarma qurumun "yüksək vəzifəli" şəxsləri, o cümlədən 2008-ci ildə qanunsuz hərbi burləşmələrdə müavin vəzifəsində olan general Samvel Karapetyan Oqanovski də dindirilib.
Məlumata görə, müstəntiqlə general arasında kifayət qədər maraqlı söhbət baş tutub. Əmrdə qoşunların Qarabağ istiqamətindən də daxil olmaqla İrəvana doğru hərəkətinin təşkil edilməsi barədə təlimat verilib.
Oqanovski ona sual verən müstəntiqin sözünü kəsərək, sual verib: "İndi mən Qarabağdan İrəvana gələrək sənin suallarına cavab verirəm, mənə kim icazə verib ki, gəlmişəm?". Müstəntiq bu suala bu şəkildə cavab verib: "Qarabağın müdafiə qurumunun rəhbəri".
Oqanovski müstəntiqdən "2008-ci ildə Qarabağın müdafiə qurumunun rəhbəri kim idi?" deyə soruşub. "Movses Hakobyan" deyə müstəntiq cavab verib. "Bəs niyə ilk növbədə onu deyil, məni dindirməyə çağırmırsan" deyə aralarında mübahisə yaşanıb.
Alpər Mövludoğlu
Ordu.az