Qarabağda erməni kapitanın ölümü ilə bağlı DETALLAR

2018/09/56456_1527590073_1536655498.jpg
Oxunub: 2518     16:43     11 Sentyabr 2018    
İşğal altında olan Qarabağda dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində kapitan rütbəli hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi açılıb.

Ordu.az Ermənistan istintaq komitəsinə istinadən xəbər verir ki, sentyabrın 3-də saat 14:45 radələrində Qarabağdakı qanunsuz hərbi hissələrdən birinin komendant taqımının sürücüsü, müddətli xidmət hərbi qulluqçusu əsgər V.A ona təhkim edilmiş, hərbi hissəyə məxsus “UAZ 3151” markalı avtomobili idarə edərkən, hərbi hissənin daimi yerləşmə məntəqəsindən ön xətt mövqelərinə doğru gedən yolun hərəkət hissəsindən çıxaraq sağ tərəfə aşıb.

Qəza nəticəsində sərnişin komendant taqımının komandiri kapitan rütbəli Vazgen Qaqikoviç Xaçatryan aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Baş vermiş hadisə üzrə cinayət məcəlləsinə müvafiq cinayət işi açılıb.

Cinayət işinin ilkin araşdırması prosesində avtomobilin sürücüsü, müddətli xidmət hərbi qulluqçusu əsgər V.A-ya qarşı cinayət məcəlləsində müvafiq ittiham irəli sürülüb. Ona qarşı həbs qəti imkan tədbiri olaraq, komandanlığın nəzarətinə verilməsi barədə qərar qəbul edilib.

İlkin araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Qarabağ  


Bizi "telegram"da izləyin