Paşinyan Suriya böhranından Qarabağ münaqişəsi üçün yararlanır

2018/09/-eh46kmb0i834534_1511877421_1535713709_1536574350.jpg
Oxunub: 1454     18:10     10 Sentyabr 2018    
Ötən həftə ərzində Ermənisan baş naziri erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərə biləcəyini bildirmişdi.

Bir sözlə, Paşinyan Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleydarlarına qarşı hərbi əməliyyatlarda iştirak edə biləcəyini vurğulayırdı.

Lakin Paşinyan üçün Putinlə görüş gözlənilən şəkildə keçməyib. Belə ki, o, "Sputnik Ermənistan"a müsahibəsində, Ermənistan humanitar missiyasını Suriyada, xüsusilə də Hələbdə aparacaq deyə bildirib.

Həmçinin o, "Mən bunu artıq rəsmi olaraq söyləyə bilərəm. Layihənin əsas məqsədi, Hələb və Suriyanın erməni icmasına köməklik göstərməkdir. Müdafiə Nazirliyinin erməni humanitar missiyasının nümayəndələri Ermənistan bayrağı altında çıxış edəcəklər" deyə bildirib.

Bununla da Paşinyan Ermənistan ordusunun hərbçilərinin Rusiya Silahlı Qüvvələri tərkibində iştirak etməyəcəyini bildirmiş oldu.

Ayrıca humanitar missiyanın Hələbdə aparılmasındakı əsas məqsəd Hələb ermənilərinin dəstəyini almaqdır. Xüsusilə də Hələb erməniləri Yaxın Şərq erməni diasporları içərisində əhəmiyyətli mövqe tutur.

Beləliklə, Paşinyan erməni diasporlarının bir-bir dəstəklərini almaqla ölkəni iqtisadi böhrandan xilas etməyə çalışır. Beləliklə, Paşinyan Suriya erməni diasporunun Qarabağ məsələsində dəstəyini almaqla kifayətlənməyib, ehtimal ki, gələcəkdə Suriyada döyüşən ermənilərin Qarabağda baş verə biləcək müharibədə iştirakını planlaşdırır.

Analitik Ehtiram Aşırlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Suriya   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin