Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib.
Paşinyan, öncə olduğu kimi təxribatçı bəyanatlar səsləndirərək, Dağlıq Qarabağı ayrıca qurum kimi təqdim edib və onların adından danışıqlara getməyəcəyini bildirib.
"Danışıqlar formatına gəldikdə, mən Ermənistanın baş naziriyəm və Ermənistan adından danışıqlarda iştirak etməyə hazıram. Mən Dağlıq Qarabağ əhalisi adından danışa bilmərəm. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılması prosesində iştirak etmir. Qarabağı legitim olan bir şəxs təmsil etməlidir", - deyə o sərsəmləyib.
Alpər Mövludoğlu
Ordu.az