Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Avropa İttifaqının Vyanadakı nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, birgə komissiya 2016-cı ilin yanvarında İranın nüvə müqaviləsinin icrasına başlanmasından sonra ilk dəfə belə bir heyətlə toplaşacaq. İclasda həmçinin BMT Təhlükəsizlik Şurasıınn 4 üzvü – Çin, Fransa, Rusiya və Böyük Britaniya, o cümlədən Almaniya və İran iştirak edəcək. ABŞ isə müqavilədən çıxması ilə əlaqədar olaraq iclasda iştirak etməyəcək.
İclasda əsas müzakirə mövzusu ABŞ-ın nüvə müqaviləsindən çıxması ilə əlaqdar olaraq İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının icrasının davam etdirilməsi olacaq.
Ağalar Qəribov
Ordu.az