Ordu.az xarici KİM-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Erik Paxon bəyan edib.
“Suriyanın Xüms vilayəti ərazisində yerləşən aeorodromun atəşə tutulmasında Birləşmiş Ştatların heç bir rolu yoxdur”, - deyə Paxon bildirib.
Qeyd edək ki, gecə saatlarında Xüms vilayətinin Əd-Dabaa hərbi aerodromu raket zərbələrinə məruz qalıb. Lakin Suriya ordusunun hava hücumundan müdafiə sistemləri bütün zərbələri dəf edib.
Ağalar Qəribov
Ordu.az