Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Vertolyotı Rossii” holdinqinin rəhbərinin hərbi texnikaların statışı üzrə müavini Vladislav Savelyev bəyan edib.
“Bu gün “Vertolyotı Rosii” holdinqi təcrübi nümunə qismində Mi-26T2B helikopterlərini hazırlayır. Onun sınaqlarının bitməsindən sonra Müdafiə Nazirliyinin sifarişlərinin yerinə yetirilməsinə başlanacaq. Düşünürəm ki, bu, 2019-cu ildə olacaq”, - deyə Savelyev bildirib.
O qeyd edib ki, holdinq təcrübi versiyanı öz hesabına hazırlayır. Helikopterin Rusiya Müdafiə Nazirliyinə bu ilin sonları, növbəti ilin əvvələrində təqdim edəcəyi gözlənilir.
Ağalar Qəribov
Ordu.az