İsrail Rusiyanın Suriyanı ZRK-larla təchiz etməmək qərarını dəstəkləyir

2018/05/345345_1527233663.jpg
Oxunub: 1813     15:33     25 May 2018    
“İsrail Rusiyanın Suriyanı S-300 və S-400 zenit raket kompleksləri ilə təchiz etməmək qərarını dəstəkləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi-Siyasi Kabinetinin üzvü və ətraf aləmin müdafiəsi naziri Zeev Elkin bəyan edib.

“Biz Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşavirinin rəsmi bəyanatını eşitməyə şad olduq. O, Rusianın Suriya ordusunu S-300 və S-400 zenit raket kompleksləri ilə təchiz etməyə zərurətin olmadığını açıqladı”, - deyə Elkin bildirib.

O qeyd edib ki, S-300 və S-400 komplekslərinin radiusu İsrailin bütün hava məkanını tutur və bu, ölkə rəhbərliyində böyük narahatlıq yarada bilərdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Rusiya-Suriya  


Bizi "telegram"da izləyin