Ordu.az “Kazinform” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dünən – mayın 24-də yaxşı olmayan hava şəraiti və güclü külək nəticəsində sərgidə iştirak etməyə gələn Qazaxıstan vətəndaşının üzərinə məlumat stendi aşıb.
Təcili tibbi yardım briqadasının köməyi nəticəsində şəxs xəstəxanaya çatdırılıb, lakin orada vəziyyəti pisləşərək həlak olub.
Hadisə ilə əlaqdar olaraq Astana Daxili İşlər Şöbəsi Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (təhlükəsizlik tələblərin cavab verməyə xidmətin göstərilməsi) üzrə məhkəməyəqədər istintaqa başlayıb.
Ağalar Qəribov
Ordu.az